Tütün məmulatları /
İnsanlar niyə siqaret çəkirlər?

İnsanlar bir çox səbəblərdən siqaret çəkirlər. Hesab edirik ki, siqaretin zərəri barədə məlumatı olan həddi-buluğa çatmış insanlar siqareti çəkmək barədə sərbəst seçimə malikdirlər.

İstənilən risklərlə bağlı ictimaiyyətə davamlı və dəqiq ismarışların ötürülməsi dövlət orqanlarının səlahiyyət dairəsinə aid olan məsələdir. Biz bu xəbərdarlıqları təkzib etmirik və tütün məmulatları ilə bağlı bütün ağlabatan tənzimləmələri dəstəkləyirik.

Buna baxmayaraq, biz həddi-buluğa çatmış insanların seçimini və azad rəqabət prinsiplərini sarsıdan, qeyri-proporsional və qeyri-labüd tənzimləmənin də əleyhinəyik.

Fikrimizcə, belə tənzimləmə siqaret istifadəçilərini damğalamaq və siqaret çəkilməsini anormallaşdırmaq məqsədi güdür. Əminik ki, həddi-buluğa çatmış siqaret istifadəçiləri və siqaret çəkmə ilə bu cür rəftar etmək yolverilməzdir.