Tənzimləmələr /
Tütünə aid normativ-hüquqi tənzimləmələr

Biz tütünə dair bütün səmərəli, məqbul və əsaslı tənzimləmələri dəstəkləyirik.

Biz məhsulumuz haqqında bütün texniki və kommersiya biliklərinə, o cümlədən, beynəlxalq tütün ticarətinə sahibik. Tənzimləyicilər tütünə dair qaydaların işlənib hazırlanmasında bizə etibar edə bilərlər.

Biz tütünə dair səmərəli, məqbul və əsaslı qaydaların tənzimləyici orqanlar tərəfindən dəstəklənməsi üçün konstruktiv dialoq axtarışındayıq.

Biz məsuliyyətli və qanuni bir biznesi təmsil edirik. Məqbul olmayan, səmərəsiz , uyğunsuz və möhkəm qanuni əsasa istinad etməyən qaydaların qəbul olunması ilə razı deyilik.

Biz biznesimizi müdafiə etmək və istehlakçılarımızın haqlarını qorumaq üçün, belə qaydalara əzmlə müqavimət göstərəcəyik.

Bizi asanlıqla məhkəmə prosesinə cəlb etmək mümkün deyil, amma lazım gələrsə, belə bir addım atmağa həmişə hazırıq.