Tütün və sağlamlıq /
İctimai yerlərdə siqaretdən istifadə

Biz etiraf edirik ki, siqaretin tüstüsü başqalarına ziyandır, xoşagəlməz və eyni zamanda qıcıqlandırıcı təsir bağışlaya bilər.

Amma siqaret tüstüsünün ətrafdakılara ziyanı, eyni zamanda xəstəliklərə yol açması haqda ümumi elmi məlumatlar o qədər də kifayət deyil.

Ona görə də, ictimai yerlərdə siqaret çəkməyə qadağa qoyulması kütləvi sağlamlıq nöqteyi-nəzərindən qabardılmış, lazımsız və ədalətsizdir. Siqaret çəkənlərə və siqaret çəkilməsinə icazə vermək fikrində olan məkan sahiblərinə bu cür qadağaların neqativ təsiri haqda narahatlığımızı bildirməyə davam edəcəyik.

Biz inanırıq ki, ictimai yerlərdə siqaretdən istifadə ilə bağlı olan narahatlığı sağlam düşüncə və nəzakət, eləcə də iş yerləri, restoranlar və digər yerlərdə yaxşı ventilyasiya sisteminə malik siqaret çəkilməsinə icazə verilən və qadağan olunan zonaların yaradılması kimi əməli addımların atılması ilə həll etmək olar.

Siqaret istifadəçiləri həddi-buluğa çatmış digər insanlara hörmətlə yanaşdıqları kimi, ətraf mühiti və çevrələrini seçməkdə çətinlik çəkən uşaqlara da nəzakətlə yanaşmalıdırlar.

Siqaret istifadəçiləri sağlam düşüncəyə əsaslanaraq siqaret və başqa oddan təhlükəli materialları tullayarkən diqqətli olmalıdırlar. Oddan təhlükəli materialların diqqətsiz istifadəsi və atılması yanğına səbəb ola bilər.

Biz inanırıq ki alışma riskini azaltmaq və ölüm hadisəsi ilə nəticələnə biləcək yanğınların qarşısını almaq üçün ən effektli yol bu üsulların tətbiq olunmasıdır: dövlət təhsili, yanğının ləğv edilməsi və yanğın əleyhinə tədbir proqramlarının tətbiqi, evlərdə tüstü detektorlarından geniş istifadə olunması, eləcə də alova davamlı parçalardan, tikinti və mebel materiallarından istifadə olunmasını təmin edən qanunun qəbul edilməsi.