Tütün və sağlamlıq /
Siqaret çəkmə xəstəliklərə yol açırmı?

Siqaret çəkmə və sağlamlıq

Siqaret çəkmək siqaret çəkənlərdə ciddi xəstəliklərin, o cümlədən ağciyər xərçəngi, ürək xəstəliyi, xəfənəyin yaranmasına gətirib çıxarır. Biz razılaşırıq ki, bütün dünyada hökumət və ictimai səhiyyə orqanları siqaret çəkməyin sağlamlığa yaratdığı təhlükələr barədə aydın və davamlı ismarışlar verməlidirlər. Yetkin şəxslər isə məhz bu ismarışlara söykənərək siqaret çəkib-çəkməyəcəklərinə dair qərar verməlidirlər.  Uşaqlar isə heç bir halda siqaret çəkməməlidirlər.

 Aludəçilik

Siqaret çəkmək asılılıq yaradır və onu atmaq çox çətin ola bilər.

Bəzi insanlar siqareti atmaqda çətinlik çəksələr də, biz düşünürük ki, onlar, bu vərdişdən imtinaya dair qərar veriblərsə, buna qadir olduqlarını mütləq bilməlidirlər. Milyonlarla insan siqaret çəkməkdən imtina edib, əksəriyyəti də kənardan heç bir kömək olmadan.

Siqaret çəkməyin sağlamlığa olan təhlükələrini azaltmaq üçün ən yaxşı yol siqaret çəkməkdən imtina etməkdir. Siqareti atmağa qərar verən siqaret çəkənlər səhiyyə orqanlarının yayımladığı  məlumatlardan yararlana bilərlər.

 ƏMYST

Ətraf Mühitə Yayılan Siqaret Tüstüsü (ƏMYST), və ya passiv tüstü, siqaretin yanan hissəsindən qalxan tüstünün və siqaret çəkənin ətrafa buraxdığı tüstünün oksidləşmiş və qatı birləşməsidir.

Dünyada ictimai səhiyyə orqanları belə bir nəticəyə gəliblər ki, ƏMYST hətta siqaret çəkməyənlərdə müvafiq xəstəliklər yaradır. İctimaiyyət,  səhiyyə orqanlarının ƏMYST ilə bağlı əldə etdiyi nəticələri haqqında mütəmadi olaraq məlumatlandırılmalıdır.

Siqaret çəkən yetkin şəxslər  ətrafdakı insanlara qarşı hörmət və ehtiram nümayiş etdirməli və əsas da uşaqların yanında siqaret çəkməkdən vaz keçməlidirlər.

 Snus

Snus tüstüsüz ağız tütününün bir növüdür. Bir sıra tədqiqatlar ağız tütününün istifadəsi ilə ağız xərçəngi, eləcə də digər növ xərçənglər arasında statistik əlaqənin olduğunu deyir. Hər hansı bir siqaretin təhlükəsiz olduğunu düşünmədiyimiz kimi, snusun da təhlükəsiz ya da başqa tütün məmulatlarından daha təhlükəsiz olduğunu düşünmürük.

Snus bir tütün məmulatıdır. Və elə snus da aludəçilik yaradan məmulat kimi təqdim edilə bilər, amma bu o demək deyil ki, snus istifadəçiləri bu vərdişdən uzaqlaşmağa qərar versələr, məqsədlərinə nail ola bilməyəcəklər.

Biz etiraf edirik ki, tütün məmulatlarının istifadəsi ilə yaranan sağlamlıq riskləri haqqında ictimaiyyətin aydın və ardıcıl ismarışlarla təmin edilməsi hökumət qurumlarının işidir. Biz bu ismarışlara etiraz etmirik. Əminik ki, İmperial Tobacco tərəfindən istehsal edilən və ya bazarda irəlilədilən bütün növ tütün məmulatlarının, eləcə də istifadəçilərə təqdim edilməsi nəzərdə tutulan başqa qablaşdırmanın üzərində sağlamlığa dəyə biləcək zərər haqqında açıq-aydın ismarışlar yer alacaq.

Snus dünyanın bir neçə ölkəsində satılır və biz düşünürük ki, Avropa İttifaqı çərçivəsində snusun istifadəsinə qadağaların qoyulması üçün heç bir səbəb yoxdur.

Avropa İttifaqı 1992-ci ildə snusun istifadəsinə sərt qadağa tətbiq etmişdi. 1995-ci ildə Aİ-yə üzv olduqdan sonra İsveç qadağadan daimi azad olmağa nail olmuşdu. Aİ-dən kənarda snus Norveç, ABŞ, Kanada və Cənubi Afrikada satılır.

Siqaret çəkməyə məhdudiyyət qoyulmuş, lakin snusdan istifadəyə icazə verilmiş ölkələrdə istehlakçılar snusu tütünün əlavə və ya alternativ növü kimi qəbul edə bilərlər.