Təchizetmə və distribusiya /
Tütün məmulatlarının qanunsuz dövriyyəsi

Biz qanunsuz pərakəndə satışın əleyhinəyik. Tütün məmulatlarının saxtalaşdırılmasının və qaçaqmalçılığın qarşısını almaq üçün biz bütün dünyada dövlət gömrük orqanları və aksiz idarələri ilə birgə işləməyə çalışırıq.

Dövlət tərəfindən verginin artırılması qanunsuz ticarətin artmasına səbəb olur. Beynəlxalq təcrübəli bir müəssisə kimi bu hal bizdə narahatlıq doğurur.

Qaçaqmalçılıq və saxta siqaretlər, nəzarətsiz və nizamlanması mümkün olmayan bazar yaradan cinayətkarlardan başqa kimsəyə xeyir gətirmir. Bunun nəticəsi olaraq uşaqlar tütün məmulatını daha rahat əldə edə bilir, dövlət gəlir vergisindən məhrum olur, müstəqil tütün satıcıları isə gəlirsiz qalma təhlükəsi ilə üzləşirlər.

Biz qlobal distribüter şəbəkəmizə ciddi idarəetmə üsulları tətbiq edirik, beynəlxalq səviyyədə fəaliyyət göstərən mütəxəssis komandamız qanunsuz məmulatların təchizatı və satışının qarşısını almaq üçün dövlət, gömrük orqanları və eləcə də aksiz idarələri ilə birgə çalışır.

Uğurlu fəaliyyətimiz sayəsində İmperial Tobacco-nun orijinal məhsullarının qaçaqmalçılığı azalıb.

Qanunsuz ticarətlə mübarizəmizin istiqaməti, xalq istehlakı malları istehsal edən bir çox sahələrin artan probleminə çevrilən məhsulun saxtalaşdırılmasına qarşı yönəlib.

Brendlərimiz bütün normativ tələblərə cavab verən ən yüksək standartlara uyğun istehsal edilir.

Saxta məhsullar bu tələblərə cavab vermir və siqaret istifadəçilərini onların sevdikləri brendin keyfiyyətindən və tamından məhrum edir.

Satıcılar və istehlakçılar tütün məmulatlarını yalnız qanuni mənbələrdən əldə etməlidirlər.