Azərbaycanın tütün bazarı

Milli tütün məmulatları bazarları arasında Azərbaycanın tütün bazarı ən dinamik və sıx rəqabətli bazarlardan biridir. Burada 50-dək brend ailəsi və 110 addan çox siqaret təqdim olunub ki, bu da geniş təklif seçimindən və eyni zamanda yüksək rəqabət səviyyəsindən xəbər verir.

Bazarın dinamikliyi, böyük çeşiddə siqaret formatlarının mövcudluğu ilə müəyyən edilir. Slims və King Size Super Slims kimi müasir siqaret formatları daha çox populyarlıq qazanmaqdadır. Son il ərzində onların ümumi payı dörddə bir hissə artaraq, bu gün 42,82% təşkil edir. (AC Nielsen-nin  2011-ci ilin oktyabr ayına olan məlumatına əsasən)

Bazarın siqaret tündlüyü dərəcəsinə görə qiymətləndirilməsi onu göstərir ki, tərkibində nisbətən az qatran və nikotin olan siqaretlərə tələbat artmaqdadır. Azərbaycan tütün bazarı başqa Avropa ölkələri bazarlarından onunla fərqlənir ki, siqaret istifadəçiləri, əsasən, tündlüyü yüksək olmayan, 1-8 mq qatran tərkibli siqaretlərə daha çox üstünlük verirlər. Bazarın 55% belə siqaretlərin payına düşür. Eyni zamanda qeyd etmək lazımdır ki, 1-4 mq qatran tərkibli siqaretlər bazarın 30% əhatə edir və davamlı olaraq artır.

Bu gün Azərbaycanda satılan siqaretlərin 45%-i orta və aşağı qiymət seqmentlərində təqdim olunur. Belə siqaretlərin qiyməti 1 qutu üçün 0.80 AZN-dən yuxarı deyil. Son 1 il ərzində orta və aşağı seqmentdə siqaretlərin payı 5,7% artıb. Bununla birgə, bazarın 50% əhatə edən Yüksək və Premium seqmentləri yaxşı stabillik nümayiş etdirməkdədir.