Sağlamlıq və təhlükəsizlik

İşçilərimizin, eləcə də bizimlə çalışan hər kəsin sağlamlığı və təhlükəsizliyi bizim üçün ən prioritet məsələlərdən biridir. İşçilərin sağlamlığının qorunmasına və əməyinin təhlükəsizliyinə xüsusi diqqət məsuliyyətli işəgötürənin vəzifə borcudur.

Əminik ki, bu, istehsal durğunluğunun qarşısını almağa, məhsuldarlığı artırmağa, ümumilikdə biznes proseslərini təkmilləşdirməyə və xərcləri optimallaşdırmağa imkan verir.

Riskin idarə olunması sistemini tətbiq etməklə, heyətimizə təlimlər keçməklə, məhsuldarlığın təhlili, mütəmadi audit və təkmilləşdirmənin planlaşdırılması vasitəsilə biz işdə alınan xəsarətlərin sayını, eləcə də səhhətə dəyən ziyanı xeyli azaltmağa nail olmuşuq.

Şirkətimizin menecmenti, əməkdaşların sağlamlıq və təhlükəsizlik üzrə qurumları ilə birgə, Peşə Sağlamlığı və Təhlükəsizliyi (PST) məsələlərini yerlərdə koordinasiya edir və əmək şəraitinin yaxşılaşdırılması yollarını müəyyənləşdirir.

Bizim fəaliyyət göstərdiyimiz regionlarda yerli iş mədəniyyəti, hüquqi standartlar, səriştə və normalar biri-birindən əhəmiyyətli dərəcədə fərqlənir.

Fasiləsiz inkişafa nail olmaq üçün biz müxtəlif kommunikasiya əlaqələri, treninqlər və məsafəli təlimlərdən istifadə edirik.

İşçilərimizin xüsusi PST səlahiyyətlərinə yiyələnmələrinə yardım edən üçpilləli onlayn PST təlim proqramımız mövcuddur ki, burada “giriş” , “keçid” (nəzarətçi menecment) və “qabaqcıl” mərhələləri ehtiva olunur.

Proqram real həyat təcrübələrindən istifadə etməklə təhlükəli və təhlükəsiz davranışları ayırd etməyə, proqram iştirakçılarının əl atdığı risklərin yolverilən olduğunu ya da iştirakçıları, eləcə də ətrafdakıları potensial risk altına aldığını dəyərləndirməyə imkan verir.

Hadisələrin ətraflı tədqiq edilməsi onların əsl səbəblərinin aşkarlanmasına, müvafiq nəticələrin çıxarılmasına və bu nəticələrin bütün Qrup üzrə yayılmasına xidmət edir. 

Doğru