İşçilərə münasibət

Heyətimizin daim inkişafda olması biznesimizin sabitliyinin təminatıdır və biz əməkdaşlarımızın öz potensiallarını durmadan artırmaları üçün şərait yaratmağı özümüzə borc bilirik.

Məsuliyyətli şirkət olaraq, hörmət, ləyaqət və ədalət prinsiplərinə əsaslanaraq əməkdaşlarımıza qayğı ilə yanaşırıq. Biz elə bir əmək şəraitinin yaradılmasına can atırıq ki, ən peşəkar kadrları cəlb etsin, qoruyub-saxlasın, inkişaf etdirsin və stimullaşdırsın, onları biznesin tələblərinə cavab verməyə, fərdi uğurlar qazanmağa sövq etsin.   

Məqsədimiz odur ki, əməkdaşlarımız işə peşəkarcasına cəlb olunsun, qüvvədə olan əmək qanunvericiliyinə cavab verən kontraktla təmin edilsin, effektiv şəkildə mükafatlandırılsın və biznesimizin qarşısında duran vəzifələrə cavab vermələri üçün fərdi və peşəkarlıq xüsusiyyətlərinin inkişafına sövq edilsinlər.

Biz işçilərimizlə səmərəli əlaqələrin qurulmasına çalışır, işçilərlə, eləcə də onları təmsil edənlərlə əməli işbirliyinin yaradılmasına can atırıq. Biz əməkdaşlarımızın bütün maraqlı tərəflərlə açıq və dürüst ünsiyyət saxlaması üçün əlverişli mühit yaratmağa səy göstəririk.

Biz işçi və qulluqçuların səhhətinə, maddi rifahına və təhlükəsizliyinə ciddi yanaşır, bu yöndə riskin idarə edilməsi metodlarından, bərpa və dəstək proqramlarından istifadə edirik. Bu, məhsuldarlığa yardım edən, eyni zamanda biznes proseslərin həyata keçirilməsi üçün imkan yaradan düzgün addımdır. Məqsədimiz – işçilərimizi sağlam və təhlükəsiz iş şəraiti ilə təmin etmək, eləcə də onların üzv olduğu icmalara dəstək göstərməkdir.

Doğru