Məhsul və İstehlakçılar

Qlobal tütün şirkəti kimi, biz məhsullarımızın məsuliyyətlə istehsal olunması zərurətini tam dərk edirik.

Biz xammalın öz təyinatına uyğun gəlməsini, müvafiq spesifikasiyalara, normativ-hüquqi standartlara və sərbəst razılaşmalara cavab verməsini yoxlayırıq.

Eyni zamanda keyfiyyətin idarə olunması prosesinin və məhsuldarlığın ardıcıl olaraq təkmilləşdirilməsinə, təcrübəmizdən seçmə nümunələrin bütün istehsalat şəbəkəmizə yayılmasına çalışırıq.

Öz vəzifələrimizi yerinə yetirməklə bərabər, biz istehlakçı məmnuniyyətinin təmin edilməsinə köklənərək, eləcə də geniş çeşidli məhsul cərgəmiz vasitəsilə biznesimizin sabitliyini təmin etməyə çalışırıq.

Siyasətimiz həm də xammal, istehsal prosesi və məhsullarımıza dair müfəssəl elmi biliklərin inkişafını da əhatə edir. Elmi-tədqiqat proqramlarımız tütün və onun istehlakı ilə bağlı biliklərin təkmilləşdirilməsinə yönəlib.

Məhz bu yolla biz istehlakçılarımızın, eləcə də nizamlayıcı orqanların gələcək istək və tələblərini qarşılaya biləcək məhsullar yaratmağa müvəffəq ola bilərik.  

Bizdən tez-tez soruşurlar ki, ciddi standartlarımızı normativ tənzimləmə zəif olan ölkələrdə, inkişaf edən bazarlarda tətbiq edirikmi? Bu bazarlarda ciddi yerli tələblər olmasa belə, biz öz Beynəlxalq Marketinq Standartlarımızı üstün tuturuq. Biz inanırıq ki, tütün məmulatlarından zövq almaq istəyi həddi-buluğa çatmış insanların seçimidir. Biz uşaqların siqaret çəkmələrinin, tütün məmulatlarından istifadə etmələrinin əleyhinəyik və azyaşlıların siqaret çəkmələrinin qarşısını almaq üçün indiyədək hökumət orqanları ilə ardıcıl əməkdaşlıq etmişik.

Doğru