Yanaşmamız

Qlobal tütün korporasiyası olaraq, biz məhsullarımızın maliyyə, sosial və ətraf mühitə dair məsuliyyətlərin əldə rəhbər tutulması ilə istehsalı, irəlilədilməsi və satışının əhəmiyyətini tam dərk edirik.

Bu İmperial Tobacco-nun yüksəliş strategiyasının təməl daşı və biznes prinsiplərimizin tərkib hissəsidir. Hesab edirik ki, bu məramlarımız nəinki inam yaradılmasına və fəaliyyət qabiliyyətimizin təsdiqlənməsinə qulluq edir, həm də uzunmüddətli inkişaf uçun sabit zəmin yaradır.

Dövlət, investorlar, əməkdaşlar və eləcə də bir çox maraqlı tərəflər biznesimizin gətirdiyi mənfəətdən yararlanırlar. Bizim təchizat şəbəkəmizə on minlərlə insan daxildir. Bunlar tütün istehsalçıları və təchizatçıları, nəqliyyat, daşıma xidmətləri və avadanlıq təchizatçıları, kommunal və servis xidmətləri, material təchizatçıları, topdan satıcılar, iri və fərdi pərakəndə ticarət şəbəkələri, eləcə də tütün məmulatları satışı üzrə ixtisaslaşmış obyektlərdir.

Biz məhsulumuzun mübahisəli xüsusiyyətini etiraf edir və inanırıq ki, o, məhz məsuliyyətini tam dərk edən şirkət tərəfindən istehsal edilməli və istehlakçılara təqdim olunmalıdır. Həm təchizat şəbəkəmizdə, həm də biznesimizin daxilində öz korporativ standartlarımızı tətbiq edib, təcrübə mübadiləsi aparmaqla biz mövcud normativ qaydalara riayət edir, onları bəzən üstələyirik.

Biz bütün dünyada milyonlarla həddi-buluğa çatmış insanların tələbatına cavab verəcək yüksək keyfiyyətli, geniş çeşidli siqaret və başqa tütün məmulatları istehsal edir və satırıq. Belə hesab edirik ki, həddi-buluğa çatmış siqaret istifadəçiləri bizim məhsulumu seçərək ondan zövq almaq hüququna malik olmaqla yanaşı bunun sağlamlığa vurduğu ziyana dair də xəbərdar olmalıdırlar.

Bu cür risklər barədə ictimaiyyətə ardıcıl şəkildə dolğun ismarışların verilməsi dövlət orqanlarının səlahiyyətlərinə aiddir. Biz bu ismarışları şübhə altına almır və tütün istehsalı sahəsində əsaslandırılmış tənzimləmələri dəstəkləyirik.

Doğru