Interviews with Employees /
Eldar Aliyev

Sahə meneceri (Azərbaycan) – Eldar Əliyev

Şirkətdə nə vaxtdan işləməyə başlamısınız?

Demək olar ki, İmperial Tobacco Azırbaycan şirkətinin yarandığı gündən. 2002-ci ildə isə İmperial Tobacco Azərbaycan,  Reemtsma-nı əldə edərək böyük bir korporasiyaya çevrildi.

Niyə məhz bu şirkəti seçmisiniz?

Düşünürəm ki, söhbət mənim şəxsi seçimimdən getmir. Hər şey öz-özünə alındı, amma mən şirkət fəaliyyətinə başladığı gündən bəri burada işlədiyim üçün məmnunam.

Karyera yolunuzu necə keçmisiniz?

Mənim karyeram siqaret biznesində 1995-ci ildən - Phillip Morris şirkətində başlayıb. Etiraf etməliyəm ki, dərhal anladım - bu məhz mənim sahəmdir. Ola bilsin ki, elə buna görə hələ də bu sahədə çalışıram. Sonradan BAT-da işləmişəm, amma yenə də mənim əmək stajımın əsas mərhələsi 2001-ci ildən işə başladığım İmperial Tobacco-nun payına düşür.

İşinizdə sizə ən xoş gələn cəhətlər nədir?

Bizim komandamız! O həqiqətən də ən yaxşısıdır. Bizim kollektiv nümunəvi komanda ruhuna malik olması ilə tanınır.

Ən çətin əldə olunan nədir?

Artıq neçə ildir ki, Azərbaycan bazarında liderliyimizi qoruyuq, bildiyiniz kimi ən çətini lider statusunu saxlamaq və №1 olmaqdır. Əminəm ki, komandamızın bilik, təcrübə və bacarığı bu isin öhdəsindən uğurla gəlməyimiz üçün möhkəm təminatdır.

İTG-də işləmək istəyənlərə nə məsləhət verərdiniz?

İlk növbədə yeni işçilərə məsləhət görərdim ki, özlərini daha təcrübəlilərə, komanda liderlərinə bərabər tutsunlar. Ümumilikdə isə belə deyərdim: uğurlu nəticəyə köklənməlisiniz ki, sizin şəxsi ambisiyalarınız tütün bazarında №1 olan şirkətin məqsədləri, statusu və öhdəlikləri ilə üst-üstə düşsün.

Uğurlu menecer karyerasının rəhni nədir?

Hər hansı ideal bir obraza müvafiq olmaq bacarığı – xüsusən də sənin komandan sənə uyğunlaşmaq istəyirsə.

Sizin sahənin meneceri hansı xüsusiyyətlərə malik olmalıdır?

O, ilk növbədə ədalətli və həssas olmalıdır. Eyni zamanda mükəmməl təşkilatçılıq xüsusiyyətlərinə, idarəçilik təcrübəsinə malik olmalıdır.