Şirkətimizdə karyera

İmperial Tobacco-da işləyərkən siz inkişaf, səmərəli istehsal və sərmayəçi maraqlarına köklənmiş, daim uğur qazanan beynəlxalq şirkətdə çalışırsınız. Bu şirkətdə ağıllı, məqsədyönlü, müstəqil insanlar uğurlu karyera qura bilərlər.

Biz enerjili, məqsədinə doğru inamla addımlayan, öz bacarıqlarını və başqalarının potensialını reallaşdırmaq istəyən, biznesimiz üçün fayda gətirəcək əməkdaşlar axtarırıq.

Biz təşəbbüskar düşüncə tərzini qiymətləndirir, səhvlərimizdən nəticə çıxarır, uğurlarımıza sevinir və şəxsi məsuliyyətə xüsusi diqqət yetiririk.

Şirkətimizin miqyası və daimi inkişafa meylliliyi hər bir əməkdaşa karyera yüksəlişində mühüm imkanlar təklif edir.

Biz əməkdaşlarımızı öz peşəkarlıq keyfiyyətlərini təkmilləşdirməyə həvəsləndirir, onlara bacarıqlarını artırmaqda, brendlərimizin və bizneslərimizin səmərəli menecmentini təmin etmək üçün yaradılan əhatəli treninq proqramlarında iştirak etməkdə dəstək veririk.

Şirkətimizdə iş haqqında daha ətraflı məlumat almaq üçün «Şirkətimizdə karyera» bölümünə  müraciət edə bilərsiniz.

Vakansiyalarımız haqqında məlumatı vakansiyalar bölməsindən tapa bilərsiniz.