Korporativ mədəniyyət

Biz fəxr edirik ki, dostcasına əməkdaşlıq atmosferini qoruyub saxlayan, inkişaf etmiş qlobal bir şirkətik. Bu yanaşmanın əsası hələ 18-ci əsrdə, İmperial Tobacco-nun bir ailə biznesi olduğu vaxt qoyulub.

Bizim loyal və güclü stimullarla çalışan işçi heyətimiz var və bizim üçün biznes fəaliyyətimizin bütün sahələrində yüksək etik standartların qorunub saxlanması böyük əhəmiyyət kəsb edir. Eyni zamanda biz həddi-buluğa çatmış siqaret çəkən insanların azad seçimini də dəstəkləyirik.

Uğurumuz məhsullarımıza və satış strategiyamıza bağlı olduğu kimi, bizimlə çalışan insanlara da bağlıdır. Şirkətimizin 38 minə yaxın işçisi var. Biz onların qayğısına qalır, onlara şəxsiyyətlərinə və fərdiliyinə, vicdanlı və çalışqan olmalarına görə dəyər veririk. Əmək mədəniyyətimizin əsas qayəsini yeniliklərin dəstəklənməsi və məhsuldarlığın  mükafatlandırılması təşkil edir.

İşçilərimizi həm fərdi inkişafa, həm də daha böyük nailiyyətlərin əldə olunması, eləcə də informasiyanın və mənbələrin mübadiləsi naminə birgə çalışmağa sövq edirik. Biz vahid komanda kimi çalışmaqla fərdi müstəqillik və məsuliyyəti də alqışlayırıq. Fərdi qərar vermək bacarığı gələcək uğurlarımızda başlıca rol oynayır.

Biz deyirik: “Biz biznesimizin mənfəəti üçün çalışan vahid bir komandayıq”.

Nəzərdə tuturuq: Həm fərdi, həm də komanda kimi biz yüksək maliyyə nəticələri və mühüm biznes göstəriciləri əldə etmək üçün çalışırıq.

Biz deyirik: “Biz, gördüyümüz hər bir işdə yüksək standartlar tətbiq edən məsuliyyətli komandayıq”.

Nəzərdə tuturuq: Biz son dərəcə əhəmiyyətli, eyni zamanda mübahisəli istehsal sahəsində işləyərkən üzərimizə düşən məsuliyyəti dərk edirik. Biznesimizi şəffaf və vicdanla apardığımızla fəxr edirik və bu mövqeyimizi qətiyyətlə qorumaq niyyətindəyik. Biznes fəaliyyətimizdə biz vahid şirkət kimi çalışmaqda israrlıyıq.

Biz deyirik: “İstehlakçı məmnuniyyətini təmin etmək üçün yalnız yüksək keyfiyyətli məhsul istehsal edirik”.

Nəzərdə tuturuq: Diqqətimiz mükəmməl məhsulların istehsalı və satışına yönəlib və tətbiq etdiyimiz yüksək standartlar bütün istehlakçı və sifarişçilərimizin yalnız əla məhsul və servislə təmin olunmalarına zəmanətdir.