İmperial Tobacco Yaroslavl İTG-nin Rusiyadakı iki fabrikindən biridir. Mərkəzi Rusiyada, Moskvadan 250 km aralıda yerləşir.
Fabrik Azərbaycan bazarı üçün Classic KS siqaretlərini istehsal edir.
Fabrik 1850-ci ildə tacir N. Dunayev tərəfindən təsis edilib. Rusiyanın ən qocaman tütün müəssisələrindən biridir. Rus-Türk müharibəsində (1877-1878) Rusiyanın qələbəsindən sonra fabrikə “Balkan ulduzu” adı verilir. 2004-cü ildə fabrik “Altadis” şirkəti tərəfindən alınıb.
2008-ci ildən etibarən fabrik İmperial Tobacco Group şirkətinin tərkib hissəsidir.
Bu yaxınlarda fabrikin adı dəyişdirilərək “İmperial Tobacco Yaroslavl” qoyulub.