Volga

İmperial Tobacco Volqa MMC İmperial Tobacco Group-un Rusiyada yerləşən iki fabrikindən biridir. O, Rusiyanın cənubunda, Moskvadan 1000 kilometr aralıda Volqoqrad şəhərində yerləşir.

Fabrik Azərbaycan bazarı üçün West Slims, West Fusion, R1, Classic Slims, Maxim, Brilliant kimi siqaretləri istehsal edir.

Tarixi arayış

Fabrikin tarixi 1996-cı ildə özülü qoyulan vaxtdan başlayıb. Almaniyanın “Reemtsma” şirkəti 1998-ci ildə fabriki alır, tütün emalı və siqaret istehsalını üzrə yeni istehsalat kompleksi tikir. 2002-ci ildə “Reemtsma” İmperial Tobacco Group tərəfindən alınaraq onun bir hissəsinə çevrilir. Hazırda fabrik “İmperial Tobacco Volqa” adını daşıyır və regionda nəhəng vergi ödəyicilərindən biridir.