Ukrayna

İmperial Tobacco Production Ukrayna – Şərqi Avropada öndə gedən fabriklərdən biridir. Müəssisə Ukraynanın paytaxtı Kiyevdə, şəhərin cənub ətrafında yerləşir.

Fabrik Azərbaycan bazarı üçün Prima Lux Slims siqaretlərini istehsal edir.

Tarixi arayış

1994-cü ildə “Reemtsma” tərəfindən alınan bu istehsalat müəssisəsinin əsası hələ 150 il əvvəl qoyulub. 1998-ci ildə istehsalat yeni inşa edilən xüsusi binaya köçürülüb. 2002-ci ildən fabrik İmperial Tobacco-nun bir hissəsədir.

Kiyev fabriki Ukraynanın ən zəngin tarixə malik və ən məşhur tütün müəssisəsidir. O, 1965-ci ildə ilk filtrli siqaret istehsalçısı olub, daha sonra 1995-ci ildən Amerikan tütünü qarışıqlı siqaretlər istehsal etməyə başlayıb.