Reemtsma

Reemtsma Cigarettenfabriken GmbH – İmperial Tobacco-nun Mərkəzi Avropadakı aparıcı fabrikidir. O, Hannover yaxınlığında, Hannover aeroportu ərazisində, 50 min əhalisi olan Langenhagen şəhərində yerləşir.

Fabrika Azərbaycan bazarı üçün Davidoff Premium Line, Davidoff Slim Line, Davidoff KS SSL və West KS siqaretlərini istehsal edir.

Tarixi arayış

Constantin Cigarette Company 1928 ildə Reemtsma & Sons şirkəti tərəfindən alınana qədər 40 il Hannoverdə fəaliyyət göstərib. Növbəti 60 il istehsalat əvvəlki yerində qalsa da, 1960-cı ildə şirkət Langenhagendə yeni, ən müasir istehsal kompleksi tikməyə qərar verır. 2002-cı ildə “Reemtsma” İmperial Tobacco tərəfindən alınır. 2009-cu ildə fabrikin genişləndirilməsinə qərar verən İmperial Tobacco rekonstruksiyanı 2011-ci ilin sonuna başa çatdırmağı planlaşdırır.