Şirkət bu gün

İmperial Tobacco 1996-cı ilin oktyabrında Hanson PLC tərkibində 10 illik fəaliyyətdən sonra, yenidən müstəqil quruma çevrilərək, London Fond Birjasının FTSE siyahısında 100 ən dəyərli şirkət arasında yer tutub.

1987-1995-ci illərdə məhsuldarlıq üçqat artır, ticarət nişanlarının çeşidi dəyişir, eyni zamanda bazar payı da artmağa başlayır. İmperial Tobacco-nun mövqelərinin möhkəmlənməsi istiqamətində şirkətin menecmenti gəlirli xarici bazarlarda aktiv çalışmağa başlayır.

1996-ci ildən İmperial yeni texnologiyaların tətbiqinə sərmayə qoyur. Belə ki, yalnız Horizon Nottingem fabriki üçün 170 milyon funt sterlinq xərclənib.

İmperial Tobacco uğurlu satınalmaların inteqrasiyası və tez bir zamanda gəlir gətirmələri nümunələri ilə zəngindir.1997-ci ildən 17 milyard funt sterlinqə yaxın vəsait aşağıdakı satınalmalara xərclənib.

1997


Siqaret kağızı istehsalında dünya lideri sayılan RİZLA şirkəti İmperial Tobacco tərəfindən alınıb

1998

Douwe Egbert Van Nelle  şirkətinin alınması İmperial Tobacco-nun işgüzar çantasına Dum və Van Nelle kimi tütün ticarət nişanlarını əlavə edib.

1999


Yeni Zelandiyadakı fabriki almaqla, İmperial Tobacco Avstraliyada siqaret ticarət nişanları, tütün və siqaret kağızı  daxil olan portfel əldə edib.

2000


Belçikanın tütün istehsalçısı olan The Baelen Group şirkəti alınıb.

İmperial Tobacconun bir hissəsi hesab edilən Almaniya şirkəti The EFKA Group siqaret kağızı və qəlyan istehsalçısıdır.

İmperial Tobacconun ticarət filialı Sinkler Kollinz Britaniyanın Mayfair Vending  siqaret avtomatlarını əldə edib.

2001


İmperial Tobacco Saxaranın cənubunda həcminə görə ikinci siqaret istahsalçısı və distributor olan Tobaccor-un 75%-nin sahibidir. Şirkət bütövlüklə 2004-cü ildə alınıb.

2002


İmperial Tobacco beynəlxalq Reemtsma Cigarettenfabriken GmbH  şirkətinin  90.01% sahib olub. Tam olaraq şirkət 2004-cü ildə alınıb.

2004


İmperial Tobacco qəlyan istehsalçısı, Kanadanın CTC Tube Şirkətinin biznes və aktivlərini əldə edib.

2005


İsveçrənin iyləmə tütünü (snus) istehsal edən Skruf şirkətinin 43% faiz payının əldə edilməsi. Biznes tam olaraq 2008-ci ildə alınıb.

2006


Gunnar Stenberg A.S.  İmperial Tobacco tərəfindən alınan Norveçin tütün məmulatları və aksesuarları distributorudur.

2007


İmperial Tobacco dünya şöhrətli siqaret markası olan  Davidoff- u alır.


İmperial Tobacco Estoniya distribütoru Tremaco-nun 66% payının sahibidir.

İmperial Tobacco ABD-nin siqaret istehsalında həcminə görə 4-cü yeri tutan Commonwealth Brands şirkətinə sahib olub

2008


Nəqliyyat kommunikasiyaları və tütün sahəsində Avropa lideri, o cümlədən siqar istehsalında dünya lideri olan Altadis şirkəti əldə edilib.

Doğru