Əvvəlki illər

İmperial Tobacco-nun tarixi 20-ci yüzilliyin əvvəllərində Amerika Tütün şirkəti tərəfindən Britaniya tütün şirkətlərinin aqressiv şəkildə satın alınması ilə başlayıb.

Ayrı-ayrılıqda bu vəziyyətə tab gətirə bilməyən Britaniya tütün şirkətləri 1901-ci ilin dekabrında başda Uillis, Pleyers və Lambert və Battler olmaqla 13 ailə biznesi  İmperial Tobacco (Böyük Britaniya və İrlandiya) məhdud məsuliyyətli cəmiyyət yaratdılar.

Şirkətlər öz ticarət nişanlarının adı altında, tütün istehsalı və satışına görə məsuliyyət daşıyaraq fəaliyyətlərini davam edirdilər. Uzun illər Amerika Tütün Şirkəti və İmperial Tobacco arasında davam edən amansız rəqabətdən sonra 1902-ci ildə hər iki şirkət arasında razılaşma əldə olundu. Amerika Tütün Şirkəti Britaniyanın Oqdens şirkətini İmperial Tobacco-nun səlahiyyətinə verir, əvəzində İmperial Tobacco tütün yarpağı alışı istisna olmaqla Amerika bazarına girməkdən imtina edir.

Bundan sonra Imperial Tobacco 1980-ci ilin sonuna qədər tərkibində 22 şirkəti birləşdirərək uğurla fəaliyyət göstərir, bu şirkətlər də öz növbəsində 3 nəhəng qurumda – WD & HO Wills, John Player & Sons və Ogden's – birləşir.1985-ci ildə İmperial Tobacco Hanson Trust şirkəti tərəfindən alınır.

Doğru