Brendlər

Siqarlar

İmperial Tobacco geniş çeşiddə tanınmış siqar və siqarillolar istehsalçısıdır: Cohiba, Montecristo, Romeo y Julieta, Partagas və b. Bu ticarət nişanlarının dünya bazarlarında irəlilədilməsi ilə müştərək Habanos şirkəti məşğul olur ki, bu şirkətin də 50%-nə İmperial Tobacco sahiblik edir. Adıçəkilən brendlər dünyanın 150-dən çox ölkəsində satılıb.

Cohiba 1966-cı ildə, Kuba inqilabından sonra yaradılan siqar brendidir. Brend, üzərində Tino adlı hindunun başı olan loqotipi ilə tanınır. Brendin adı isə siqarların hazırlanması uçun istifadə edilən yarpaqlardan götürülüb.100 ölkədə mövcud olan Cohiba “seçilmişlərin seçilmişi” adlandırılır və dünyanının ən nüfuzlu siqar brendi hesab edilir.

Montecristo adının yaranmasına ilham verən məşhur yazıçı Aleksandr Dümanın “Qraf Montekristo” əsərinin qəhrəmanının adı olub. Belə ki, həmin əsər 1935-ci ildə bu adla ilk siqarın yaradıldığı Havana fabrikində çalışan bürmələyicilər arasında çox məşhur idi. Klassik şirin və özəl tama malik Kuba tütünündən hazırlanan Montecristo Habanosun ən tanınmış və, demək olar ki, ən dəyərli brendi hesab olunur.

Romeo y Julieta – 1875-ci ildə yaradılan bu brend Şekspirin eyniadlı faciə qəhrəmanlarının adını daşıyır. Nisbətən kiçik ölçülü bu siqarlar mürəkkəb və zəngin tama malik, balanslaşdırılmış və ətirli qarışıq təklif edir.

1845- ci ildə Don Haim Partaqas Havananın mərkəzində ilk dəfə, sonradan məşhur olacaq Kuba siqar fabriki açır. Hansı ölçüdə olursa-olsun, Partagas siqarları ətirləri, yarıbayarı azaldılmış tündlüyü, eləcə də üzlüklərinin ənənəvi açıq rəngi ilə tanınırlar.

Davidoff

Davidoff siqaretləri dünyanın 100-dən çox ölkəsində super-premium seqmentində satılır. Biz 2002-ci ildən üzərində uzun müddətli lisenziyaya sahib olduğumuz Davidoff siqaretlərinin əmtəə nişanını 2006-cı ildə satın almağa müvəffəq olmuşuq.

Gauloises Blondes

Gauloises Blondes – İmperial Tobacco-nun ən iri satış  həcminə malik olan tütün brendi kimi dünyanın 70-dən çox ölkəsinin bazarlarında orta və yuxarı qiymət kəsimində təklif olunur. Pərəstişkarları tərəfindən sevilən brend 2010-cu ildə 100 illiyini qeyd edib.

West

West satış həcminə görə ikinci siqaret brendimizdir ki, o da Mərkəzi və Şərqi Avropanın bazarlarında çox əhəmiyyətli mövqelərə malikdir.

Classic

Classic – bir çox Şərqi Avropa bazarlarında “qiymətinə uyğun keyfiyyət” seqmentində aparıcı siqaret brendi kimi xarakterizə edilir.

Gitanes

Gitanes – daha çox Fransa və Orta Şərq regionunda tanınan və sevilən tütün məmulatıdır.

Doğru