Imperial Tobacco Azərbaycanda

İmperial Tobacco şirkəti Azərbaycanda 42,5% payı ilə (AC Nielsen-in 2011-ci ilin oktyabrına olan məlumatına görə) tütün bazarının lideri hesab olunur.

İmperial Tobaccon-nun Azərbaycan nümayəndəliyi Reemtsma Cigarettenfabriken GmbH Almaniya filialı vasitəsilə qeydiyyatdan keçərək, 2003-cü ildən rəsmi fəaliyyət göstərir.

İmperial Tobacco, məhsullarını 1998-ci ildən Azərbaycanda öz yeganə və uzunmüddətli həmkarı olan İmeks distribüter şirkətinin əməkdaşlığı ilə satır.

İmperial Tobacco-nun brendlər portfeli Azərbaycan bazarında mövcud olan bütün siqaret formatlarını və qiymət seqmentlərini əhatə edir.

Şirkət ölkəmizin bazarına Davidoff, West, R1, Imperial Classic, Prima Lux, Maxim və bir çox başqa beynəlxalq brendləri istehsal edərək təqdim edir. Bununla yanaşı, West brendlər ailəsi 20,52% paya sahib olmaqla Azərbaycan tütün bazarının lideri hesab olunur (AC Nelsen-in 2011-ci ilin oktyabrına olan məlumatına görə).

İmperial Tobacco həm də, ümumi formatda Slims siqaretlərinin Azərbaycanda şəksiz lideri sayılır:

  • KS SSL – 12,05% (AC Nelsen-in 2011-ci ilin oktyabrına olan məlumatına görə)
  • Slims – 12,51% (AC Nelsen-in 2011-ci ilin oktyabrına olan məlumatına görə)

İmperial Tobacco ümumilikdə Azərbaycanda 15 adda siqaret brendləri ailəsini təqdim etdir: Davidoff KS SSL, Davidoff PL, Davidoff Slims, R1 Slims, R1 X-slims, West KS, West KS SSL, West SSL, West Slims, Prima Lux Slims, Maxim Slims, Classic KS, Classic Slims, Classic KS SSL, Brilliant KS.

İmperial Tobacco şirkətinin Azərbaycanda təqdim etdiyi hesabaalınmış vahidlərin ya da ayrı-ayrılıqda siqaret qutularının sayı 37 ədəd/qutu/SKU təşkil edir.

Doğru